İqtisadiyyat
“Bitcoin”in qiyməti ucuzlaşıb.

Mayın 27-də kripvalyuta birjalarında “Bitcoin”in qiyməti ucuzlaşıb.
AZERFAX.az xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 09:30-da “CoinMarketCap” platformasında 0.87% ucuzlaşaraq 108 666 ABŞ dolları təşkil edib.
Son bir gündə “Ethereum”un qiymətində də azalma müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 0.55% azalaraq 2555 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan Tether 0.02%, XRP son sutkada 2.50% bahalaşıb, BNB isə 0.03% bahalaşıb.
Qeyd edək ki, “Bitcoin”in ən yüksək qiyməti bu il mayın 22-də qeydə alınıb və qiyməti 110 min dolları ötüb. “APA-Economics”
