İqtisadiyyat
Dollar indeksi dəyər itirdi – Minimuma düşdü

Dollar indeksi ABŞ Prezidenti Donald Trampın Federal Ehtiyatlar Sisteminin (FRS) sədri vəzifəsinə bir neçə namizədinin olması ilə bağlı açıqlamaları fonunda son 28 ayın ən aşağı dəyərinə düşüb.
AZERFAX.AZ xəbər verir ki, bunu “TradingView” ticarət platformasının məlumatları təsdiq edir.
İyunun 26-da dolların indeksi 0,73% azalaraq 96,997 bənd təşkil edib. Eyni zamanda, FOREX bazarında avronun dollara nisbətdə məzənnəsi 0,74% artaraq 1 avro üçün 1,1745-ə yüksəlib. Bu, 2021-ci ilin sentyabrından bəri ən yüksək dəyərdir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.