İqtisadiyyat
Gümüşün qiyməti son 14 ildə ilk dəfə bu qiymətə qalxdı

Gümüşün qiyməti son 14 ildə ilk dəfə 48 dolları ötüb. “Comex” birjasında dekabr çatdırılması üzrə gümüş fyuçersləri 1 troya unsiyası üçün 48,01 dollara qədər bahalaşıb.
AZERFAX.az xarici mediaya istinadən xəbər verir ki, qiymət 2011-ci il mayın 2-dən bəri ilk dəfə bu səviyyəyə çatıb.
Belə ki, Bakı vaxtı ilə saat 17:12-ə olan məlumata görə, gümüşün qiyməti 1,45% artıb.
Qeyd olunur ki, gümüş bir il ərzində 64%-dən çox bahalaşıb.