Mərkəzi Bankdan iki kredit ittifaqına məcburi göstəriş verilib

AZERFAX.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.
Bildirilib ki, hər iki təşkilat 2024-cü ilin kənar auditor tərəfindən yoxlanılmış maliyyə hesabatlarını təqdim etmədiyindən “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununun 17.3-cü maddəsinin tələbi təmin edilməyib.
“Kredit ittifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası”nın 4.4.4-cü yarımbəndinin tələblərini rəhbər tutaraq, “İşgüzar-Kredit İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinə və “Total Finans Kredit ittifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinə 2024-cü ilin maliyyə hesabatlarının kənar auditor tərəfindən yoxlanılması və təsdiqedici sənədlər əlavə edilməklə Azərbaycan Respublikasının Mərkəzi Bankına rəsmi məlumat verilməsi tələb olunub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.