İqtisadiyyat

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İran rialı ABŞ dolları qarşısında yeni antirekord səviyyəyə enib.

AZERFAX.AZ xəbər verir ki, çərşənbə axşamı məzənnə 1 dollar üçün 1 milyon 36 min rial səviyyəsində olub.

Ekspertlərin fikrincə, kəskin enmə keçən həftə Vaşinqtonun İran neft sektoruna qarşı yeni məhdudiyyət tədbirləri elan etməsi fonunda baş verib.

Xatırladaq ki, 2018-ci ildə İran valyutasının məzənnəsi 1 dollar üçün təxminən 55.000 rial təşkil edirdi.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button