Hadisə
Şəmkirdə ağır qəza – ata öldü, oğlu xəsarət aldı.

Şəmkirdə ğlümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. AZERFAX.az-ın yerli bürosunun məlumatına görərayonunun İrmaşlı kənd sakini 1992-ci il təvəllüdlü Vüsal Rüstəmlinin idarə etdiyi “VAZ – 2110” avtomobili hərəkətdə olan Şiştəpə kənd sakini 1991-ci il təvəllüdlü Orxan Hüseynovun idarə etdiyi “Mitsubishi” markalı avtomobillə toqquşub. Qəza zamanı “VAZ-2110″ un sürücüsü hadisə yerində dünyasını dəyişib. Qəza zamanı həmin avtomobildə olan sərnişin, sürücünün oğlu, 2020-ci il təvəllüdlü Adəm Rüstəmli isəmüxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə DYP-nın məkdaşları cəlb olunub. Faktla bağlı araşdırma başlanılıb.



