Hadisə

Ağstafada maşın kişini xəstəxanalıq etdi

Ağstafada xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZERFAX.az-ın yerli bürosunun məlumatına görə, rayonun Poylu kəndində yol kənarında dayanan piyadanı hərəkətdə olan avtomobil vurub.

Qəza zamanı Rəhman Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button