Hadisə
Ağstafada maşın yoldan çıxıb daşa dəydi, 3 nəfər xəstəxanalıq oldu.

Ağstafada xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. AZERFAX.az-ın yerli bürosunun məlunatına görə rayonun Dağ Kəsəmən kəndində hərəkətdə olan “Hyundai” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib və nəticədə maşın yol kənarındakı daşa çırpılıb. Qəza zamanı 1948-ci il təvəllüldü O.Quşçuyev, 2004-cü il təvəllüdlü S.Quşçuyeva və 2020-ci il təvəllüdlü M.Quşçuyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
AZERFAX.az Qərb Bürosu