Hadisə
Ağstafada xəstəxanada bədbəxt hadisə baş verdi.

Ağstafa 46 yaşlı kişi xəstəxanasında bədbəxt hadisə nəticəsində həyatını itirib. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə, hadisə Ağstafa rayon mərkəzi xəstəxanasının terapiya şöbəsində baş verib. Həmin şöbədə müalicə olunan, rayonun Köçvəli kənd sakini, 1979-ci il təvəllüdlü N.Hacıyev ikinci mərtəbəsindən yıxılıb. Ona ilkin tibbi yardım göstərilməsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunubş Faktla bağlı araşdırma aparılır.