Hadisə
Arvadının qulağını kəsən kişi tutuldu

Bakının Sabunçu rayonunda boşanmaq istəyən həyat yoldaşının bıçaqla qulağını kəsən şəxs saxlanılıb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov məlumat verib.
O bildirib ki, aprelin 4-də Sabunçu rayonu Bilgəh qəsəbəsi ərazisində həyat yoldaşına xəsarət yetirən İntiqam Bayramov polis əməkdaşları tərəfindən saxlanılıb.
Şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət işi açılıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.