Hadisə

Biləsuvarda ağır qəza –

AZERFAX.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə dünən günorta saatlarında rayonun Bəydili kəndində qeydə alınıb.

33 yaşlı Biləsuvar şəhər sakini Nicat Etibar oğlu Süleymanlının idarə etdiyi “VAZ 2107” markalı avtomobillə Xırmandalı kəndindən olan 37 yaşlı Rafiq Rəfael oğlu Əhmədovun sürdüyü “VAZ 2106” toqquşub.

Qəzada baş nahiyələrindən xəsarət alan sürücülər rayon xəstəxanasına çatdırılıb. Göstərilən ilkin tibbi yardımdan sonra dəqiqləşməmiş kəllə-beyin travması ilə Şirvan Rayon Mərkəzi Xəstəxana yerləşdirilən R. Əhmədov orada ölüb.

Digər sürücünün müalicəsi xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button