Hadisə
Ağstafada ağır qəza- piyada xəstəxanalıq oldu.

Ağstafada piyadanın ağır xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə, rayonun Poylu qəsəbəsində
hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1966-cı il təvəllüdlü Oqtay Məmmədovu vurub. Xəsarət alan 59 yaşlı kişi dərhal xəstəxanaya çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğunu bildirilir. Faktla bağlı araşdırma aparılır.
AZERFAX.az Qərb Bürosu