Hadisə
Dəm qazından həyatını itirən 35 yaşlı kişi ilə bağlı rəsmi açıqlama

Gəncə şəhərində dəm qazından zəhərlənərək həyatını itirən Daşkəsən rayon sakini 35 yaşlı M.Ələsgərov un ölüm səbəbi ilə bağlı rəsmi açıqlama verilib. Gəncə Şəhər Birləşmiş Xəstəxanasından AZERFAX.az-ın yerli bürosuna verilən məlumata görə 15.01.2025-ci il tarixində saat 03:00 radələrində 1991-ci il təvəllüdlü şəxs (kişi) ağır vəziyyətdə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
“Dəm qazının toksiki təsiri diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, saat 03:30 radələrində onun ölüm faktı qeydə alınıb” deyə məlumatda bildirilir.



