Hadisə
Daşkəsəndə qayalıqda bitki toplayan kişi yıxılaraq ağır xəsarət aldı

Daşkəsəndə yaşlı kişi ehtiyatsızlıqdan yıxılaraq ağır xəsarətlər alıb. AZERFAX.az-ın yerli bürosunun məlumatına hadisə rayonun Alunitdağ adlanan qəsəbəsində baş verib.1965 ci il təvəllüdlü İlham Abdiyev müalicəvi bitkilər yığmaq istəyərkən qayadan yıxılaraq ağır xəsarət alıb. Ağır kəllə-beyin travması alan 60 yaşlı kişi əvvəlcə Daşkəsən rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncədə yerləşən tibb müəssisələrindən birinə yerləşdirilib. İ. Abdıyevə ilkin tibbi yardım göstərilib, vəziyyəti ağır qiymətləndirilir
AZERFAX.az Qərb Bürosu