Hadisə

“Əməliyyatdan sonra ancaq evə qapanmışdı, çölə çıxmırdı” – video

Təxminən altı ay əvvəl burun əməliyyatı keçirən 21 yaşlı Kəmalə Əbilova oktyabrın 27-də səhər saatlarında, Abşeron rayonu Şəfəq qəsəbəsində, “Stansiya Sumqayıt” adlanan ərazidə yaşadığı çoxmərtəbəli binanın 5-ci mərtəbəsindən yıxılaraq həyatını itirib.

AZERFAX.az Baku tv-yə istinadən xəbər verir ki, yaxınlarının sözlərinə görə, əməliyyatdan sonra Kəmalənin vəziyyəti düzəlməyib və o, günü-gündən daha da pisləşib.

Mərhumun dayısının bildirdiyinə görə, Kəmalə Əbilova İstanbul Klinikasında burun əməliyyatı etdirib:

“Altı ay əvvəl İstanbul Klinikasında əməliyyat olunub. Həkimi Rəşad Məmmədov idi. Ondan sonra bu uşağın beynində travma yaranıb. Əməliyyatdan sonra neçə həkimə getsə də, nəticə alınmadı. Burnunun plastik əməliyyatından sonra beynində problem yarandı. Adam görəndə qorxurdu”.

K.Əbilovanın əmisi Cahid Əbilov isə deyir ki, onu əməliyyatdan sonra 3 dəfə həkimin yanına aparıblar: “Müayinə etdi, dərmanlar yazdı. Dərmanlar ona əks təsir göstərirdi. Adam görəndə qorxurdu, ürkürdü. Deyirdi, mənim yanıma gəlmə. Əməliyyatdan sonra 6 ay ərzində 2-3 dəfə universitetə getdi. Ancaq evə qapanmışdı, çölə çıxmırdı”.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button