Hadisə
Gədəbəydə sərxoş kişi yarğana yığılaraq ölüb.

Gədəbəydə 48 yaşlı kişi bədbəxt hadisə nəticəsində həyatını itirib. AZERFAX.az-ın yerli bürosunun xəbərinə görə, martın 19-da Gədəbəy rayon Moruqlu kəndinin ərazisində kənd sakini 1977-ci il təvəllüdlü Ə. Əsgərov sərxoş vəziyyətdə yaşadığı evə gedərkən yarğana sürüşüb yıxılıb. O həmin yerdə ölüb. Ə.Əsgərovun meyiti martın 20-də tapılıb. İlkin versiyaya görə sərxoş kişinin yarğana yıxılmasının səbəbi havanın yağışlı və torpaq səthinin sürüşkən olması olub. Ölüm faktı ilə bağlı Gədəbəy rayon prokurorluğunda araşdırmalar aparılır.
AZERFAX.az Qərb Bürosu