
Dünən Gəncədə tələbə zəhərlənmə diaqnozu ilə şəhərdə olan xəstəxanalardan birinə çatdırılıb. AZERFAX.az-ın yerli bürosunun verdiyi məlumaya görə Azərbaycan Aqrar Universitetinin 3-cü kurs tələbəsi olan Sadiq Elman oğlu Əliyev kirayədə qaldığı mənzildə dəm qazından zəhərlənib. O evdə vanna otağında olarkən yıxılıb və otaq yoldaşları qapını sındıraraq onu çıxara biliblər. Həkimlərin səyi nəticəsində gəncin həyatını xilas etmək mümükün olub. Onun müalicəsi davam edir. Yaxınlarının verdiyi məlumata görə 22 yaşlı Sadiq Əliyev Saatlı rayonundandır.
AZERFAX.az Qərb Bürosu