Hadisə
Gəncədə 3 maşın toqquşdu, 4 nəfər xəstəxanalıq oldu.

Gəncədə xəsarətlə nəticələnən zəncirvari yol nəqliyyat hadisəsi baş verib. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
Hərəkətdə olan “Ford Tranzit“ markalı yük maşını ilə “BMW” və “BYD” markalı minik avtomobilləri toqquşub. Qəza zamanı 1998-ci il təvəllüdlü P. Verdiyev, 1993-cü il təvəllüdlü M. Abdullayeva, 1976-cı il təvəllüdlü R. Yusifov və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.