Hadisə
Gəncədə 62 yaşlı kişinin meyiti küçədə tapıldı.

Gəncədə yaşlı kişi meyit tapılıb. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə, Kəlbəcər rayon sakini, 1963-cü il təvəllüdlü X.Bayramovun meyiti yaşadığı əraziyə yaxın yerdə, Gülüstan qəsəbəsində aşkarlanıb. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olub. Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.