AZERFAX TVHadisə
Gəncədə ağır qəza- 1 ölü 4 yaralı – foto – Video

Gəncədə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə hadisə şəhərin Heydər Əliyev prospekti ilə N. Rəfibəyli küçəsinin kəsişməsində baş verib. Hərəkətdə olan Fiat Doblo markalı avtomobillə Hundai Tucson işıqforda toqquşub. Qəza zamanı Fiat Doblo-nun sərnişini hadisə yerində dünyasını dəyişib. Hadisə zamanı ağır xəsarətlər alan FİAT Doblo-nun sürücüsü 1989-cu il təvəllüdlü Ə. Verdiyev və 2004-cü il təvəllüdü R. Mehdiyev, 2003-cü il təvəllüdlü Ə. Nağızadə və 1962-ci il təvəllüdlü T. Kərimova xəstəxanaya çatdırılıblar. Yaralılara ilkin tibbi yardım göstərilib, Hadisə yerinə FHN -nın xilasedici qrupu və polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.






