Hadisə
Gəncədə avtomobil 60 yaşlı qadını xəstəxanalıq etdi.

Gəncədə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə şəhər ərazisində hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1965-ci il təvəllüdlü Yazgül Orucini vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan 60 yaşlı qadın xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
AZERFAX.az Qərb Bürosu