
Gəncədə xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə qəza şəhərin Abbas Səhhət qəsəbəsi adlanan ərazisində baş verib. Hərəkətdə olan “Mersedes” markalı minik avtomobili ilə “Niva”-nın toqquşub. Şahidlərin sözlərinə görə qəza zamanı “Mersedes”-ın sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP-nın əməkdaşları cəlb olunub. Hadisənin baş vermə səbəbləri araşdırılır.
AZERFAX.az Qərb Bürosu