Hadisə

Gəncədə maşın 4 nəfəri vurdu – 1 ölü, 3 yaralı var.

Gəncədə ölüm və xəsarətlərlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 4 piyadanı vurub. Hadisə zamanı ağır xəsarətlər alan 1959-cu il təvəllüdlü Qəribə Səfərova xəstəxanaya aparılarkən yolda ölüb. Digər xəsarət alanlar, 2008-ci il təvəllüdlü Pakizə Məmmədova, 1987-ci il təvəllüdlü İlahə Məmmədova və 1 yaşlı N.Məmmədov xəstəxanaya yerləşdiliblər. Onlara ilkin tibbi yardım göstərilib,  vəziyyətlərinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button