Hadisə
Gəncədə maşın vuran 40 yaşlı qadın öldü.

Gəncədə yol nəqliyyat hadisəsi piyadanın ölümü ilə nəticələnib. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə, şəhər ərazisində hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən, 1985-ci il təvəllüdlü A.Nəsirovanı vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan 40 yaşlı qadın xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.