Hadisə

Gəncədə mikroavtobusla maşın toqquşdu – 3 nəfər xəstəxanalıq oldu.

Gəncədə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə hərəkətdə olan avtomobil sərnişin daşıyan mikroavtobusla toqquşub.

Qəza zamanı 1961-ci il təvəllüdlü Rəna Zeynalova, 1992-ci il təvəllüdlü Taleh Ələkbərov və 1987-ci il təvəllüdlü Səxavət Mikail-zadə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin stabil olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Back to top button