Hadisə

Gəncədə mübahisə qanla bitib – Foto

Gəncədə 16 yaşlı yeniyetmə qətlə yetirilib. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə hadisə şəhərin Mahrasa bağı yaşayış massivində, 15 saylı uşaq baxçasının yaxınlığında baş verib. İlkin versiyay görə iki yeniyetmə arasında mübahisə zamanı 2009-cu il təvəllüdlü yeniyetmə oğlan bıçaqlanıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Hadisəni törədənin müəyyən edilməsi və saxlanılması istiqamətində axtarış tədbirləri həyata keçirilir.
Faktla bağlı Gəncə Şəhər Prokurorkuğunda araşdırma başlanılıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button