Hadisə
Gəncədə partlayış zamanı xəsarət alan usta xəstəxanada vəfat edib.

Gəncədə evdə təmir işləri apararkən baş verən partlayış zamanı xəsarət alan usta xəstəxanada vəfat edib. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə oktyabrın 9-da Dədə Qorqud küçəsində Zərinə Ağayevaya məxsus evdə baş verən partlayış zamanı ağır xəsarətlər alan 36 yaşlı E. Qurbanov əvvəlcə Gəncədəki xəstəxanalardan birinə, oradan isə Bakı şəhərinə aparılıb. Həkimlərin bütün səyinə baxmayaraq o səhər saatlarında dünyasını dəyişib.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.


