
Gəncədə yaşlı qadın ehtiyatsılıq nəticəsində yanıq xəsarətləri alıb.
AZERFAX.az-ın yerli bürosunun məlumatına görə hadisə şəhər ərazisində baş verib. 1966-cı il təvəllüdlü S. Paşayeva həyətində oğlu ilə birlikdə kəbab bişirərkən oğlu bilmədən yanan oda benzin töküb. Nəticədə qadının əl və üz nahiyələri yanıb.
Paşayeva dərhal xəstəxanaya çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib, müalicəsi davam etdirilir.
AZERFAX.az Qərb Bürosu
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.