
Gəncədə sosial şəbəkələrdən birində iki gənc arasında mübahisə qanla nəticələnib. AZEFAX.az-ın yerli bürosunun məlumatına görə 2008-ci il təvəllüdlü T. Əsgərov sol qarın nahiyəsinin kəsilmiş deşilmiş yarası ilə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Yaralı dərhal əməliyyata götürülüb, vəziyyətinin stabil olduğu bildirilir.
İlkin versiyaya görə hadisəyə səbəb “Tiktok” sosial şəbəkəsində canlı ünsüyyət zamanı iki gəncin arasında yaranan mübahisə olub. Sonradan onlar görüşərək məsələ aydınlıq gətirmək qərarına gəliblər. Görüş zamanı 17 yaşlı yeniyetmə digər şəxs tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.
AZERFAX.az Qərb Bürosu