Hadisə
Gəncədə yanğın olub.

Gəncədə yanğın hadisəsi baş verib. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə şəhərinin Məhsəti qəsəbəsində ümumi sahəsi 100 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları yanıb. Hadisə baş verən əraziyə Fövqəladə Hallah Nazirliyinin Yanğından Mühafizə İdarəsinin texnikaları və canlı qüvvəsi cəlb olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Bitişik ev yanğından mühafizə olunub.
AZERFAX.az Qərb Bürosu