Hadisə
Goranboyda ağır qəza- iki nəfər xəstəxanalıq oldu.

Goranboyda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZERFAX.az-ın yerli bürosunun məlumatına görə rayonun Ağcakənd kəndində “KİA” markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində maşın evə çırpılıb. Qəza zamanı iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Yaralılardan birinin, Xocalı rayon sakini 1986 cı il təvəllüdlü Ramal Mehdiyevin vəziyyətinin ağır olduğubildirilir. Avtomobildə olan digər ağır xəsarət alan daha bir nəfər isə Bakı şəhər sakininin müalicəsi davam etdirilir. Faktla bağlı araşdırma aparılır.
AZERFAX.az Qərb Bürosu