Hadisə
Goranboyda göy satiş sahəsində alıcı üstündə dava düşdü

Goranboyda sahədə kəndlilər arasında mübahisə sonda dava ilə nəticələnib. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə hadisə rayonun Xoylu kəndində göy satılan sahədə baş verib. Dava zamanı 2002-ci il təvəllüdlü Yunus Qasımov döyülərək, ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. İlkin ehtimallara görə, Y. Qasımova hücum zamanı “beşbarmaq” adlanan alətdən istifadə olunub. Faktla bağlı rayonun hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.