Hadisə
Goranboyda idarəetmədən çıxan “NİVA” gölə düşüb.

Goranboyda avtomobil gölə düşüb. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə hadisə rayonun Ağcakənd-Börü yolunda Baş verib. 1999-cu il təvəllüdlü T. İsayev “Niva” markalı minik avtomobili ilə hərəkətdə olanrən idarəetməni itirib. Bu zaman maşın yoldan çıxaraq kənarındakı gölə düşüb.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
AZERFAX.az Qərb Bürosu