Hadisə
Goranboyda it 50 yaşlı qadına hücum etdi

Goranboyda 50 yaşlı qadını it dişləyib. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə hadisə Goranboy şəhərinin Nizami küçəsində qeydə alınıb.
Sahibsiz küçə iti səki ilə evinə gedən 1975-ci il təvəllüdlü Alimə Qarayevaya hücum edib. Nəticədə 50 yaşlı qadın müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, quduzluq əlehinə zərdab vurulub. Hazırda yaralının vəziyyətinin stabil olduğu bildirilir.
Qeyd edək ki, sahibsiz küşə itlərinin Goranboy rayonu ərazisində vətəndaşlara hücumu, onlara xəsarət yetirməsi son bir ay ərsində 4-5 faktdır.
AZERFAX.az Qərb Bürosu