Hadisə

Goranda yanacaqdoldurma məntəqəsi yandı.

Goranboyda yanacaq doldurma məntəqəsində yanğın baş verib. AZRFAX.az-ın yerli bürosunun məlumatına görə hadisə rayonun Goran qəsəbəsində baş verib.

Qəsəbə ərazisində yerləşən , 1959-cu il təvəllüdlü Ə.Cəfərova məxsus YDM-də təmir işləri aparan zaman anidən yanğın başlayıb. Dərhal hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Goranboy rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb, yanacaqdoldurma məntəqəsi yanğınsöndürənlər tərəfindən mühafizə edilib.

Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb. Yanğının baş vermə səbəbləri araşdırılır.

AZERFAX.az  Qərb Bürosu

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button