Hadisə

Göygöldə ağır qəza- ölən və xəsarət alanlar var.

Göygöldə baş verən ağır yol-nəqliyyat hadisəsi ölümlə və xəsarətlərlə nəticələnib. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə hadisə  Bakı-Qazax avtomobil magistralının rayon ərazisindən keçən hissəsində başverib.  Hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində maşın yol kənarındakı divara çırpılıb.

Qəza zamanı iki nəfər, 2007-ci il təvəllüdlü Hikmət Vəlizadə və sürücü, 1990-cı il təvəllüdlü Abdi Əhliman Ramiz oğlu aldıqları ağır xəsarətlərdən hadisə yerində vəfat ediblər. Qəza baş verən əraziyə  Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin əməkdaşları cəlb olunublar. Xüsusi texnikaların köməkliyi ilə avtomobildə olan iki nəfərin meyiti xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

İlkin məlumata görə qəza zamanı xəsarət alanlar da var. Onların şəxsiyyəti müəyyənləşdirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button