HadisəRegion

Göygöldə dəm qazı 4 nəfərin həyatına son qoydu.

Göygöldə dəm qazından bir qardaş və iki bacı olmaqla 4 nəfər həyatını itirib. Azərfax-ın yerli bürosunun məlumatına görə hadisə rayonun Aşıqlı kəndində baş verib. Belə ki, 1999-cu il təvəllüdlü S.Hüseynli, 2000-ci il təvəllüdlü M.Hüseynova, 2004-cü il təvəllüdlü X. Hüseynova və 1990-cı il təvəllüdlü S.Müseyibova dəm qazından boğularaq ölüb. Onlar o evdə kirayədə yaşayırmışlar. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Azərfax  Qərb Bürosu

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button