Hadisə
Göygöldə sürücü idarəetməni itirdi, maşın ağaca çırpıldı.

Göygöldə sürücünün idarəetməni itirməsi xəsarətlə nəticələnıb. AZERFAX.az yerlı bürosunun məlumatına görə hərəkətdə olan “VAZ-2104” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Qəza zamanı maşının sürücüsü, 1999-cu il təvəllüdlü Zakir Bayramov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.