Hadisə
Helikopterlərlə yanğın belə söndürülür – video

Kəlbəcər və Laçın rayonlarının dağlıq hissəsində davam edən yanğınların söndürülməsi üçün helikopterlər cəlb edilib. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə artıq bir neçə gündür davam edən yanğının dağlıq ərazidəki meşə massivinə keçməsinin qarşısını almaq üçün məqsədilə əraziyə fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin 2 helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğının qarşısını almaq üçün havadan və qurudan yanğınsöndürmə əməliyyatları davam etdirilir.



