Hadisə
Lerikdə mikroavtobus aşıb, ölən və yaralananlar var

Lerik rayonunda ölümlə nəticələnən yol qəzası olub. AZERFAX.az xəbər verir ki,hadisə rayonun Zenoni kəndi yaxınlığında baş verib. İlkin məlumata əsasən, “Ford” markalı mikroavtobusun yoldan çıxaraq aşması nəticəsində Yardımlı rayon sakini 68 yaşlı R.Qasımova ölüb, sürücü və digər sərnişin isə xəsarət alıb. Yaralılar Yardımlı Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Faktla bağlı araşdırma aparılır.