Hadisə
Mingəçevirdə azyaşlını maşın vurdu.

Mingəçevirdə 10 yaşlı uşağın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə hadisə Heydər Əliyev prospektində, Səadət şadlıq sarayının yaxınlığında qeydə alınıb.
Hərəkətdə olan minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən, 2015-ci il təvəllüdlü İbadov Emin Saleh oğlunu vurub. Müxtəlif bədən xəsarətləri alan azyaşlı dərhal xəstəxanaya çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
AZERFAX.az