HadisəRegion

Goranboyda ağır qəzada bir nəfər həyatını itirdi

Goranboyda ölümlə nəticələnən ağır yol qəzası baş verib. AZERFAX.az – ın yerli bürosunun məlumatına görə hadisə Bakı-Qazax yolunun Goranboy rayonundan keçən hissəsində baş verib. Hərəkətdə olan “VAZ 21015” markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində maşın aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü 1987-ci il təvəllüdlü Seymur Tağıyev və dostu 1989-cu il təvəllüdlü Samir Rzayev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq Samir Rzayevin həyatını xiıas etmək mümkün olmayıb. O xəstəxanada dünyasını dəyişib. Seymur Tağıyevin müalicəsi isə davam etdilir. Onun vəziyyəti isə orta-ağər qiymətləndirlir. Faktla bağlı araşdırma başlanılıb.

AZERFAZ.az  Qərb Bürosu

 

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button