
Gəncədə XI sinif şagirdi bıçaqlayan şəxs saxlanılıb. AZERFAX.az-ın məlumatına görə Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində 2007-ci il təvəllüdlü Ə.İ-yə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 2009-cu il təvəllüdlü E.Ə saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
AZERFAX.az