Hadisə

Pilot huşunu itirdi – Təyyarə özü uçdu

Almaniyanın “Lufthansa” hava yollarına məxsus sərnişin təyyarəsinin ikinci pilotu huşunu itirdiyinə görə layner təxminən 10 dəqiqə pilotsuz uçuş edib.

AZERFAX.AZ xəbər verir ki, hadisə ötən il təyyarə Frankfurtdan İspaniyanın Sevilya şəhərinə uçarkən baş verib. İspaniya Mülki Aviasiya Qəzaları və İnsidentləri Araşdırma Komissiyasının dərc etdiyi hesabata görə, kapitan tualetə gedərkən kabinədə tək olan ikinci pilot huşunu itirib. “Airbus A321” təyyarəsində 199 sərnişin və 6 ekipaj üzvü olub. Məlumata görə, ikinci pilotun huşunu itirməsinə baxmayaraq, işə salınan avtopilot sistemi sayəsində təyyarə sabit şəkildə uçuşunu davam etdirib.
Tualetdən qayıdan kapitan pilot kabinənin qapısını standart giriş kodu ilə açmağa çalışıb, lakin içəridən cavab ala bilməyəndə, beş cəhddən sonra qəza kodundan istifadə edərək pilot kabinəsinə daxil olub və təyyarəni idarə edib. Müdaxilədən sonra köməkçi pilot özünə gəlib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button