HadisəRegion

Qızının evinə qonaq gedən kişi Ağstafada öldü

Ağstafa rayonunda kişi meyiti aşkarlanıb. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə yol kənarında tapılan meyit Gəncə şəhər sakini, 1959-cu il təvəllüdlü E.Əhmədovdur. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib. İlkin məlumata görə, mərhum Gəncədən Ağstafaya qızının evinə qonaq gedibmiş və o ürək tutmasından vəfat edib. Faktla bağlı araşdırma aparılır.

AZERFAX.az Qərb Bürosu

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button