
Şəmkirdə körpə bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. AZERFAX.az yerli bürosunun məlumatına görə azyaşlı uşaq dərmandan zəhərlənib. Hadisə rayonun Mahmudlu kəndində baş verib.
2023-cü il təvəllüdlü T. Tapdıqov evdə dərmandan zəhərlənib və onu xəstəxanaya çatdırmaq mümkün olmayıb. 2 yaşlı körpə yaşadığı evdə vəfat edib. Faktla bağlı araşdırma aparılır.
AZERFAX.az Qərb Bürosu