Şəmkirdə ağır qəza – maşın dərəyə aşdı.

Şəmkirdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza rayonun Sərxan kəndi ərazisində qeydə alınıb. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə hərəkətdə olan 99 MH 953 dövlət nömrə nişanlı “Mitsubishi” markalı minik avtomobilinin sürücüsünün idarəetməni itirməsi nəticəsində maşın yoldan çıxaraq dərəyə aşıb. Hadisə zamanı Şəmkir rayon sakinləri 1971-ci il təvəllüdlü Z. Məmmədov, 1972-ci il təvəllüdlü G. Yolçuyev, 1983-cü il təvəllüdlü N. Səfərov, 1991-ci il təvəllüdlü O. Məmmədov və 1979-cu il təvəllüdlü E. Süleymanovdur.
Qəza nəticəsində minik avtomobili deformasiyaya uğrayıb və əraziyə FHN-nın xilasedici qrupu cəlb olunub. Avtomobildə sıxılmış vəziyyətdə olan bir neçə nəfər çıxarılaraq xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.
AZERFAX.az Qərb Bürosu