Hadisə
Şamaxıda ağır qəzada ölənlər var.

Şamaxıda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. AZERFAX.az xəbər verir ki, bu gün saat 13 radələrində Bakı-Şamaxı-Yevlax rayonunun Şamaxı rayonunun Meysəri kəndi ərazisindən keçən hissəsində “Mercedes” markalı minik avtomobili ilə “DAF” markalı yük avtomobili toqquşub. Nəticədə “Mercedes”in sürücüsü, 1980-ci il təvəllüdlü Tərlan Ağayev və sərnişini aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər. Faktla bağlı araşdıərma aparılır.