Hadisə
Samuxda maşın aşdı, 4 nəfər xəstəxanalıq oldu.

Samuxda 4 nəfərin xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. AZERFAX.az-ın yerli bürosunun məlumatına rayon ərazisində hərəkətdə olan avtomobilinin sürücüsü K. Qurbanzadənin idarəetməni itirməsi nəticəsində maşın yolun kənarına aşıb. Qəza zamanı xəsarət alanlar sürücü 2005-ci il təvəllüdlü K. Qurbanzadə, sərnişinlər 2003-cü il təvəllüdlü M. Bağırov, 2007-ci il təvəllüdlü E. Hüseynzadə və 2004-cü il təvəllüdlü E. Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.