Hadisə
Gəncədə avtomobil piyadanı vurub öldürdü

Gəncədə yol-nəqliyyat hadisəsi piyadanın ölümü ilə nəticələnib.
AZERFAX.az-ın yerli bürosunun məlumatına görə hadisə Əziz Əliyev prospektində baş verib.
Hərəkətdə olan “QAZ 31” markalı minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən 1974-cü il təvəllüdlü K. Allahverdiyevi vurub. Piyada hadisə yerində ölüb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.